FHN yanğın təhlükəsizliyi ilə əlaqədar müraciət edib

Son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir.

“Eqazet.online” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Müraciətdə qeyd edilib ki, yalnız FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.

Nazirlikdən bildirilib ki, həmin yanğınlarla əlaqədar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı müəyyən edilib.

“Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır” – deyə, FHN-nin müraciətində vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda ötən il 16,5 min hektar toxumluq taxıl sahəsinin standartlara uyğun olmadığı aşkarlanıb

Şb Mar 15 , 2025
2024-cü ildə Azərbaycanda aprobasiya (toxumluq əkinlərin sort təmizliyinin dərəcəsinin təyini) aparılıb, 51,2 min hektar toxumluq taxıl (buğda və arpa) sahəsinin 16,5 min hektarı standartlara uyğun olmadığı üçün çıxdaş edilib. “Eqazet.online” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, 34,7 min hektar ərazi toxumluq taxıl […]

Bəyənə bilərsən