Tramp: ABŞ və Rusiya Ukrayna ilə bağlı görüşlər keçirəcək

ABŞ və Rusiya martın 11-12-də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dair görüşlər keçirəcək.

“Eqazet.online” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Söhbət tam atəşkəsdən gedir. Ukrayna buna razılıq verib, ümid edirəm ki, Rusiya da razı olacaq. Biz onlarla (Rusiya – red.) bu gün və sabah görüşməyə hazırlaşırıq. Ümid edirəm ki, razılıq əldə olunacaq. Bu atəşkəs çox vacibdir”, – Tramp bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Türkiyə Rusiya-Ukrayna müharibəsində qısa zamanda sülhün əldə olunmasını istəyir

Ç Mar 12 , 2025
Türkiyə Rusiya-Ukrayna müharibəsində qısa zamanda sülhün əldə olunmasını istəyir. “Eqazet.online” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səfirlərlə iftar proqramında çıxışında deyib. O bildirib ki, Türkiyə hər iki tərəfin qəbul etdiyi danışıqların tərəfdarıdır. N.Kurtulmuş, həmçinin söyləyib ki, rəsmi Ankara müharibənin ilk günündən bu mövqeyi müdafiə edir.

Bəyənə bilərsən