Sabah 20 dərəcə isti olacaq

Martın 10-da Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə “Eqazet.online”a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Fransa KİV-indən etiraf: Türkiyə zəif Aİ üçün imtina olunmaz tərəfdaşa çevrilib

Bz Mar 9 , 2025
Türkiyə zəifləyən Avropa İttifaqı (Aİ) üçün imtina olunmaz tərəfdaşa çevrilib. “Eqazet.online” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri yazıb. Məqalədə Türkiyənin Rusiya ilə əməkdaşlıq edə bilən və Moskvanın Suriyadakı təsir imkanlarını məhdudlaşdırmağı bacaran aktor olması xüsusi qeyd edilib: “Bəşər Əsəd rejimi devrilməzdən əvvəl Moskva Ankaranın […]

Bəyənə bilərsən