HPE, Rusiya hökuməti ilə əlaqəli xaker hücumundan sonra məlumat sızması

Eqazet.online xəbər verir ki, Hewlett Packard Enterprise (HPE) şirkəti, Rusiya hökuməti ilə əlaqəli xakerlərin təşkil etdiyi kiberhücum nəticəsində məlumat sızması ilə üzləşib və zərərçəkmiş şəxslərə xəbərdarlıq etməyə başlayıb.

Şirkətin verdiyi məlumata görə, hücum nəticəsində bəzi müştəri və əməkdaşların məlumatları ələ keçirilib. Hadisə ilə bağlı araşdırma aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib.

HPE rəsmiləri zərərçəkmiş şəxslərə kibertəhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edərək, potensial risklərdən qorunmaq üçün əlavə tədbirlər görməyə çağırıb.

Son illərdə Rusiya mənşəli haker qruplarının qlobal miqyasda dövlət və özəl sektorlara qarşı kiberhücumları artıb. Ekspertlər bu tip hücumların gələcəkdə daha da çoxalacağını istisna etmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Müharibə nəticəsində Azərbaycana 37 168 əmlak üzrə 19 milyard AZN-dən çox ziyan vurulub

C Fev 7 , 2025
Ermənistanın apardığı müharibə nəticəsində Azərbaycana 37 168 əmlak üzrə 19 milyard manatdan artıq ziyan vurulub. “Eqazet.online” report-a istinadən  xəbər verir ki, bu barədə dövlət ittihamçısı Təranə Məmmədova sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində İttiham aktına əsasən elan edib. Belə ki, Ermənistan silahlı qüvvələrinin […]

Bəyənə bilərsən