Rusiyanın müdafiə xətti YARILDI – Bu ərazilər ƏLƏ KEÇİRİLDİ

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində müdafiə xəttini yararaq Rusiyanın ərazisinə 5 km irəliləyib.

Eqazet.online UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildirib.

Məlumatda qeyd olunub ki, Ukrayna ordusu bir sıra mexanikləşdirilmiş hücumlar həyata keçirərək Rusiya müdafiəsini yarıb və Sudjanın cənub-şərqinə doğru irəliləyib.

“6 fevralda yayımlanan geolokasiya görüntüləri təsdiqləyir ki, Ukrayna qüvvələri Maxnovkanın cənub-qərbində, eləcə də Çerkasskaya Konopelkanın (Sudja-Oboyan) şimalında və şərqində mövqelər tutub, Kolmakov və Fanaseyevka kəndlərini nəzarətə götürüb”, – ISW hesabatında deyilir.

Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları davam edir ki, bu da Ukrayna ilə sərhəddə yerləşən Rusiya bölmələrinə əlavə təzyiq yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tramp və İşibanın Görüşü: ABŞ-Yaponiya Münasibətləri və Çinlə Ticarət Gərginliyi

C Fev 7 , 2025
Eqazet.online reuters-ə istinadən xəbər verir ki,ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Çin ilə davam edən ticarət gərginliyinin artdığı bir vaxtda Yaponiyanın keçmiş müdafiə naziri və hakim Liberal Demokrat Partiyasının (LDP) nüfuzlu siyasətçilərindən biri olan Şigeru İşiba ilə görüş keçirməyə hazırlaşır. Görüşün əsas mövzuları ABŞ-Yaponiya münasibətləri, regional təhlükəsizlik məsələləri və Çin ilə […]

Bəyənə bilərsən