Peskovdan AZAL təyyarəsinin qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Kreml Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təqdim edilən AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı şərh etməyəcək.

Eqazet.online Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskovun sözlərinə görə, bu, ilkin hesabatdır və Rusiyanın müvafiq orqanları onu diqqətlə araşdıracaq.

Lakin o, Prezident Administrasiyasının bu məsələyə rəsmi şərh verməyəcəyini vurğulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ağdərədə qanunsuz erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkarlanıb

Ç Fev 5 , 2025
Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman vaxtilə orada olan Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib. “Eqazet.online” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd […]

Bəyənə bilərsən