Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışıb

Türkiyə – Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi Ankaranın verdiyi dəyərin təzahürüdür.

“Eqazet.online” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, Türk dünyası böyük mütəfəkkir İsmayıl Qaspiralının “dildə, əməldə, işdə əməkdaşlıq” prinsipinə böyük önəm verir.

Dövlət başçısı əməkdaşlığın inkişaf edəcəyinə ümidini ifadə edib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirləri yanvarın 29-da Ankarada görüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Enigma Kodlarının Sındırılması (Ultra Programı)-Kəşfiyyat

Be Fev 3 , 2025
İkinci Dünya Müharibəsi dövründə Alman ordusunun ən güclü və məxfi rabitə sistemlərindən biri olan Enigma şifrələmə cihazı, müttəfiq qüvvələr üçün böyük bir problem yaradırdı. Enigma, hərbi əməliyyatların təhlükəsizliyini təmin etmək üçün istifadə edilirdi və şifrələmə açarları hər gün dəyişdirildiyindən, mesajların deşifrə edilməsi son dərəcə çətin idi. Lakin Böyük Britaniya kəşfiyyatçılarının […]

Bəyənə bilərsən