“İqtisadi artım” üzrə İşçi qrup 2024-cü ilin monitorinq nəticələrini müzakirə edib

Eqazet.online İqtisadiyyat nazirliyine istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü il üçün nəzərdə tutulmuş hədəflərinin icrasına dair “İqtisadi artım” İşçi qrupunun növbəti iclası keçirilib.

İşçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Strategiya çərçivəsində 2024-cü ildə həyata keçirilən tədbirlərin ölkənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin olunmasında rolunu vurğulayıb. İşçi qrupun əhatə etdiyi fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nəticələr diqqətə çatdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov tədbirlərin yerinə yetirilməsi vəziyyəti barədə məlumat verib. İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Strategiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinə dair 2024-cü il üzrə hazırlanmış hesabatı təqdim edib, icra prosesində qarşıya çıxan çətinliklər və tövsiyələr barədə məlumat verib.

İclasda İşçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə 2024-cü il üzrə hazırlanmış hesabat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, icra effektivliyinin artırılması istiqamətində tövsiyələr verilib, əsas çağırışlar və növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, “İqtisadi artım” İşçi qrupu “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Davamlı və yüksək iqtisadi artım” və “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri üzrə nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək, həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Ça Yan 28 , 2025
2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, […]

Bəyənə bilərsən