İsrail BMT agentliyini Qüdsdən çıxarır

İsrail hakimiyyəti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi yanvarın 30-dək Qüdsü tərk etməyi əmr edib.

“Eqazet.online” xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.

Danon BMT-nin Baş Katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib ki, agentlik 30 yanvar 2025-ci il tarixindən gec olmayaraq Qüdsdəki fəaliyyətini dayandırmağa və şəhərdə fəaliyyət göstərdiyi bütün binaları boşaltmağa borcludur.

Agentliyin fəaliyyətinin qadağan edilməsi haqqında qanun 28 oktyabr 2024-cü ildə İsrail parlamenti (Knesset) tərəfindən səs çoxluğu ilə qəbul edilib. Onun qəbul edilməsinə səbəb qurumun “HƏMAS”la əməkdaşlıq etməsi ilə bağlı ittihamlar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabah Yer kürəsini maqnit qasırğası vuracaq

Şb Yan 25 , 2025
Yanvarın 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. Eqaet.online Oxu.Az-a istinadən xəbər verir ki, “Komsomolskaya Pravda” nəşrinin yazdığına görə, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəsmi saytında təqdim olunan qrafiklər göstərir. Həmçinin “Podmoskovye segodnya” internet nəşri maqnit qasırğasının saatlar üzrə proqnozunu təqdim edib. […]

Bəyənə bilərsən