Türkiyə və İsrail nümayəndələri mayın 8-də Bakıda qeyri-rəsmi danışıqlar aparmaq üçün görüşəcəklər. “Eqazet.online” İsrailin “Kan 11” telekanalına istinadən xəbər verir ki, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub və Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib. Mənbələrin məlumatına görə, İsrail təhlükəsizlik sahəsində […]
Xəbərlər
Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib. “Eqazet.online” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyanatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib. “Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların […]
Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib. “Eqazet.online” xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib. Prezident İlham Əliyev Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin […]
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib. Eqazet.online xəbər verir ki, Baş Prokurorluqdan Teleqraf-a bildirilib ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub. “Eqazet.online” xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay […]
Fransa Prezidenti Emmanuel Makronun bütün kəşfiyyat strukturu deşifrə olunur. “Eqazet.online” “Haber Global”a istinadən məlumatına görə, bu barədə “Intelligence Online” nüfuzlu xəbər saytında dərc olunan məqalədə deyilir. Qeyd olunub ki, “Qaranlıqlar şahzadəsi” kimi tanınan Aleksandr Benallanın da təmsil olunduğu kəşfiyyat qrupunun fokuslandığı əsas nöqtələr Balkanlar və Yaxın Şərqdir. “Intelligence Online” Makronun getdikcə daha çox kəşfiyyat […]
ABŞ-nin “The Washington Post” qəzeti 2025-ci ilin yanvar ayında Azərbaycanda yəhudi dini icmasının sədrinə qarşı hazırlanan sui-qəsd cəhdi barədə yazıb. Eqazet.online xəbər verir ki, nəşr Azərbaycanın təhlükəsizlik xidmətlərinin təmsilçilərinə istinad edib. Məqalədə deyilir ki, Azərbaycan rəsmiləri baş verən hadisənin İran tərəfindən tez-tez təşkil edilən sui-qəsdlərdən biri hesab edirlər. Nəşr yazır: […]
Aprelin 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Eqazet.online xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub. Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar. […]
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən “Eqazet.online”a bildirilib ki, videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak […]
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada siyasi və iqtisadi inteqrasiya ilə bağlı müzakirələr davam edərkən, hökumət rəsmilərindən sərt mesaj gəlib. “Wer nicht mitmachen will, soll uns nicht aufhalten” (“Qoşulmaq istəməyənlər bizə mane olmasın”) ifadəsi, islahatlara qarşı çıxan dairələrə açıq xəbərdarlıq kimi qiymətləndirilir. Bu bəyanat əsasən Avropa İttifaqı daxilində […]