Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir. “Eqazet.online” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat […]
Beynəlxalq
Eqazet.online xəbər verir ki, Elon Musk-ın DOGE kainatı, ilk baxışda sadə və əyləncəli bir kriptovalyuta kimi görünsə də, zamanla daha geniş bir sosial və mədəni fenomenə çevrilib. DOGE (Dogecoin) ilk dəfə 2013-cü ildə, əsasən zarafat olaraq yaradılmışdı, amma zamanla Elon Musk-ın bu kriptovalyutaya olan diqqəti ilə diqqət mərkəzinə gəldi və […]
Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və Rusiya diplomatının ölkədən çıxarılacağını elan edib. Eqazet.online xəbər verir ki, nazirliyin bəyanatına görə, son bir il ərzində Rusiya Britaniya diplomatlarına qarşı getdikcə daha aqressiv və əlaqələndirilmiş təzyiq kampaniyası aparıb, onların işinə dair “əsassız və qərəzli ittihamlar” irəli sürüb. XİN bildirib […]
Eqazet.online xəbər verir ki,Çin, Rusiya və İran nümayəndələri bu cümə, martın 14-də, Pekində nüvə məsələləri üzrə üçtərəfli görüş keçirəcəklər. Görüşdə Çin Xarici İşlər Nazirinin müavini Ma Zhaoksu sədrlik edəcək, Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov və İran Xarici İşlər Nazirinin müavini Kazem Gharibabadi iştirak edəcəklər. Bu görüş, İranın uran […]
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya ilə mümkün atəşkəs danışıqlarına toxunaraq, əgər Moskva bu prosesi rədd edərsə, ABŞ-dan qətiyyətli addımlar gözlədiklərini bildirib. Zelenski vurğulayıb ki, Ukrayna müharibənin dayandırılması üçün sülh danışıqlarına açıqdır, lakin bunun üçün Rusiyanın konstruktiv mövqe sərgiləməsi vacibdir. Əgər Kremlin belə bir […]
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. “Eqazet.online” xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb. […]
Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda bir sıra hədəf və məqsədlər müəyyən edilib. Bu barədə “Eqazet-Economics” proqrama istinadən xəbər verir. Məlumata görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində aşağıdakılara nail olunacaq: – Əlavə […]
Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. “Eqazet.online” xəbər verir ki, qonaqlar, ilk növbədə, COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil olunması və uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar. Onlar iqlim […]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-Yorkdakı qərargahında beynəlxalq təşkilatın Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədri Nahla Haidar ilə görüşüb. “Eqazet.online”ın ABŞ bürosu xəbər verir ki, görüş zamanı B.Muradova Ermənistanın 30 illik hərbi təcavüzü nəticəsində əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlılar haqqında […]
Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də mətbuata bəyanatlarla çıxış ediblər. “Eqazet.online” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.