Rusiya Sumı, Xarkov və Ukraynanın cənubunda irimiqyaslı hücuma hazırlaşır. Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan mayoru, hərbi ekspert Aleksey Getman deyib. “Ruslar qüvvələrini cəmləşdirirlər və hazırlayırlar. Amma onların bu hücum əməliyyatlarını həyata keçirmək üçün cəlb edə biləcəkləri əlavə ehtiyatları yoxdur. Eyni qoşunlardan istifadə olunacaq, hazırda […]
Ekspert Fikirləri
Tehran Universitetinin təqaüddə olan siyasi elmlər üzrə professoru Əhməd Nəqibzadə “Euronews” saytına müsahibəsində İranın Sovet İttifaqı kimi süqut edəcəyini deyib. Eqazet.online xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb. Ekspertin fikrincə, Qərb xüsusilə ABŞ və İsrail böyük və klassik bir müharibəyə girmək əvəzinə mərhələli, ağıllı və hədəfli bir strategiya […]
Erməni müdafiə nazirinin Hindistana gedişi hücum silahları almaq məqsədi güdür; hərbi ekspertlər bu halda, yeni Qənimətlər Parkı yaradılacağı mesajını verdi Ötən həftə sonu Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Hindistana işgüzar səfər edib. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda nazirin keçirdiyi görüşlər barədə detallar açıqlanmayıb. Lakin səfərin məqsədinin […]
Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransa prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə “EQazet”in sualına cavabında deyib. “Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman […]
Məşhur bolqar jurnalist və araşdırmaçı Xristo Grozevin Ukraynanın “24 kanal”ına verdiyi müsahibə beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Grozev Kremlin mənbələrinə istinad edərək bildirib ki, Vladimir Putinin ətrafı ABŞ-ın keçmiş prezidenti Donald Tramp üçün Ukraynanın NATO-ya qəbul edilməsi şərti ilə bir qarşı təklif hazırlayıb. Grozevin açıqlamaları: Kreml və Trampın maraqları Grozevin sözlərinə […]