İran Prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub – EKSKLÜZİV

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

“Eqazet.online”ın əldə etdiyi məlumata görə, səfərin bu ay baş tutması nəzərdə tutulub.

Qeyd edək ki, bu, M.Pezeşkianın İran Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.   

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İrana səfəri zamanı Məsud Pezeşkianla görüşüb. H.Hacıyev görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəsinə səfərə dəvətini İran Prezidentinə çatdırıb.\report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ADY bayram günlərində 132 mindən çox sərnişinin səfərini təşkil edib

Ça Apr 1 , 2025
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində, martın 20-31-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhərətrafı və rayonlararası qatarlarla 132 124 sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib. “Eqazet.online” bu barədə ADY-yə istinadən xəbər verir. Qeyd edilib ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu ilə 106 006, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763, […]

Bəyənə bilərsən