Azərbaycanda taksi sürücüləri tətil elan edib – işə çıxmayacaqlar

Bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq aprel ayının 2-si fəaliyyət göstərməyəcək.

Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, bunu Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib.

O bildirib ki, taksi sürücüləri avtobus zolağında sərnişin mindirib düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib düşürdükdə isə 80 manat məbləğində cərimə olunurlar. Bu isə onları maddi zərərə gətirib çıxarır.

Taksi sürücüləri bildirirlər ki, onlara qanuni şəkildə fəaliyyət göstərmək üçün lazım olan fərqlənmə nişanları, sertifikatlar verilsə də, onların iş şəraiti gündən-günə gərginləşir.

Sürücülər tələb edirlər ki, yaşlı insanları, uşaqlı ailələri və ya fiziki imkanları məhdud sərnişinləri daha rahat formada daşımaq mümkün olmalıdır.

Məsələ ilə bağlı AYNA-dan “Xəzər” TV-yə bildirilib ki, avtobus zolaqları avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulub, şəxsi avtomobillərin və taksi nəqliyyat vasitələrinin ora daxil olması isə qadağandır. Qeyd olunub ki, şəhərdə 130-dan çox taksi duracağı mövcuddur. Yeni taksi dayanacaqları əsasən universitetlər, ticarət mərkəzləri və nəqliyyat mübadilə məntəqələrinin yaxınlığında təşkil edilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rusiyanın dron hücumu Xarkovda iki nəfərin ölümünə səbəb oldu

Be Mar 31 , 2025
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Bu gün səhər saatlarında Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə dron hücumu həyata keçirib. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Xarkov qubernatoru bildirib ki, Rusiya qüvvələrinin göndərdiyi pilotsuz uçuş aparatları yaşayış məntəqələrinə zərbələr […]

Bəyənə bilərsən