Danimarkanın Baş naziri Qrelandiyaya gedir – Trampa mesaj

Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidentinin adanı ələ keçirmək təhdidləri fonunda Qrenlandiyaya səfər edəcək.

Eqazet.online xəbər verir ki, bu barədə Baş nazirin ofisinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, baş nazirin səfəri aprelin 2-dən 4-dək davam edəcək.

Frederiksen krallıq və ada arasında gələcək “yaxın və etibarlı” əməkdaşlığı səbirsizliklə gözlədiyini bildirib.

Siyasətçi vurğulayıb ki, onun üçün Qrenlandiyaya mümkün qədər tez “səfər etmək” və adanın yeni hökumət başçısı Yens-Frederik Nilsenlə görüşmək çox vacibdir.

Baş nazir deyib: “Mən yerli xalqın və siyasətçilərin Qrenlandiyaya qarşı böyük təzyiqlərlə mətanətlə sinə gərmələrinə dərin hörmət bəsləyirəm”.

O əlavə edib ki, baş verənlər siyasi qüvvələrin birliyini və bərabər əsasda əməkdaşlığı tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İngiltərə Kubokunda yarımfinalçılar müəyyənləşdi

Bz Mar 30 , 2025
Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları başa çatıb. Eqazet.onlinexəbər verir ki, “Aston Villa” səfərdə “Preston”u (3:0), “Mançester Siti” isə “Bornmut”u (2:1) məğlub edib. Artıq turnirin yarımfinal cütləri müəyyənləşib: “Nottingem Forest” – “Mançester Siti” “Kristal Pelas” – “Aston Villa” Qeyd edək ki, İngiltərə Kubokunun son qalibi “Mançester Yunayted”dir. “Qırmızı […]

Bəyənə bilərsən