Almaniya Prezidentinin Ermənistana və Azərbaycana səfəri başladı

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbenderin Qafqaza səfəri başlayıb.

Eqazet.online xəbər verir ki, bu, federasiya prezidentinin hər iki ölkəyə ilk səfəridir.

Martın 30-dan aprelin 2-dək davam edəcək rəsmi proqrama əsasən, Prezidentlə xanımı Azərbaycan və Ermənistanda bir sıra vacib görüşlərdə iştirtak edəcəklər.

Almaniya lideri Ermənistanda prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşüb. O, həmçinin “TUMO” İT tədris mərkəzinə baş çəkib və mədəni qəbulda iştirak edib. Sabah Almaniya Prezidenti Dilicana səfər edəcək. Orada o, erməni biznes qurucuları ilə fikir mübadiləsi aparacaq və şəhərsalma layihəsinə baş çəkəcək. Göyçə gölündə o, erməni kilsəsinə və hidrometeoroloji ölçmə stansiyasına baş çəkəcək.

Federasiya rəhbərinin Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşəcək. O, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının tarixi mərkəzinə baş çəkəcək, xristian, müsəlman və yəhudi din xadimləri ilə tolerantlıq və dinlər arasında anlaşma haqqında söhbətlər aparacaq. O, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı müzakirələrdə də iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ərdoğan: “Millətimiz təxribatçıların toruna düşmədi”

Bz Mar 30 , 2025
“Son 10 gündə baş verən hadisələr və küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdindən başqa bir şey deyildi”. Eqazet.online xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu partiya üzvlərinə video müraciəti zamanı deyib. Dövlət başçısı Türkiyənin ağır dönəmdən uğurla adlayacağına əminliyini ifadə edib: “Məhkəmə üzvlərinə, onların ailələrinə […]

Bəyənə bilərsən