Tramp Putinə əsəbiləşib

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına almasını eşidəndə çox qəzəblənib və əsəbiləşib.

“Eqazet.online” xəbər verir ki, bu barədə Amerika lideri NBC News telekanalına müsahibəsində fikirlərini bölüşüb.

O əlavə edib ki, Rusiya prezidentinin şərhləri “yanlış hədəfə dəyib”.

Bundan əvvəl Putin Ukraynada Zelenskini effektiv şəkildə vəzifədən uzaqlaşdıra biləcək keçid hökumətinin yaradılmasına çağırıb.

“Əgər biz Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun Moskvanın günahı olduğunu düşünsəm, bu ölkədən gələn bütün neftlərə ikinci dərəcəli rüsumlar tətbiq edəcəm”.

O, aydınlaşdırıb ki, bu halda Rusiya neftini alanlar ABŞ-da bizneslə məşğul ola bilməyəcəklər. “Bütün neftə 25-50 faizlik tarif tətbiq olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

The Economist: Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər

Bz Mar 30 , 2025
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər. “Eqazet.online” xəbər verir ki, bu barədə Britaniyanın həftəlik “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Jurnalın mənbəsi iddia edir ki, Ukrayna lideri Volodimir Zelenski rəqiblərinin qısa müddətdə effektiv kampaniya qura bilməyəcəkləri ümidi ilə seçkiləri gözlənilmədən elan edəcək. Nəşrin məlumatına görə, ötən həftə Zelenski […]

Bəyənə bilərsən