Putinin kortejindəki limuzin partladı – Prezidentə sui-qəsd iddiası

Rusiyanın paytaxtı Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FSB) baş qərargahı yaxınlığında Prezident Vladimir Putinin rəsmi kortejinə məxsus olduğu güman edilən limuzində partlayış baş verib.

Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin mühərrikində başlayan və qısa müddətdə limuzinin salonuna keçən yanğında ölən və ya xəsarət alan olmayıb.

Yanğına ilk müdaxilə edənlər ərazidəki restoran işçiləri olub.

Partlayış səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, son vaxtlar V.Putinə sui-qəsd olacağı barədə məlumatlar yayılmışdı. Dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün geniş tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda yaşayış binası yandı - VİDEO

Bz Mar 30 , 2025
Eqazet.online xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış yerinə gediblər. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 126kv.m. olan üçotaqlı mənzilin mətbəx mebeli 5p.m. sahədə yanıb. […]

Bəyənə bilərsən