İsrail Ordusu Qəzzada Hərbi Əməliyyatları Yeni Mərhələyə Daşıyır

İsrail Ordusu son saatlarda Qəzza zolağının cənubundakı təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfahın Əl-Cenina bölgəsində quru əməliyyatına başlayıb.

Eqazet.online” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin teleqram kanalında məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı qüvvələr HƏMAS təşkilatının infrastrukturunu məhv edib. Eyni zamanda, İMQ və Qəzza zolağının hər yerində HƏMAS hədəflərinə hava zərbələri endirməkdə davam edir.

“Həftəsonu məhv edilmiş hədəflər arasında silah anbarları, reaktiv yaylım atəşi sistemləri, terrorçuların istifadə etdiyi hərbi binalar və digər terror infrastrukturları var. Zərbələr nəticəsində terrorçular məhv edilib. Onların bəziləri İsrail ərazisini minaatanlardan atəşə tutublar”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlon Mask “Starlink”in Azərbaycanda Fəaliyyətə Başlamasını Elan Edib

Şb Mar 29 , 2025
Eqazet.online xəbər verir ki, Məşhur sahibkar və “SpaceX” şirkətinin rəhbəri İlon Mask “Starlink” peyk internet xidmətinin artıq Azərbaycanda da fəaliyyət göstərdiyini elan edib. O, bu barədə öz rəsmi sosial media hesabında paylaşım edərək, xidmətin ölkədə aktivləşdirildiyini bildirib. “Starlink” peyk internet xidməti, xüsusilə ucqar və internet infrastrukturunun zəif olduğu ərazilərdə sürətli […]

Bəyənə bilərsən