İlham Əliyevi təbrik etdilər

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Eqazet.online xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram”.

***

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da dövlət başçısını təbrik edib:

“Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq bayram – Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram.

Baharın gecə ilə gündüzün bərabər olduğu günlərində qeyd olunan beynəlxalq Novruz bayramı bəşəriyyətin ən qədim mədəni irslərindən biridir. Kökləri minilliklərin dərinliklərinə qədər uzanan bu gözəl bayram təkcə təbiətin oyanışının deyil, həm də qarşılıqlı ehtiramın, dinc yanaşı yaşamağın, qarşılıqlı anlaşmanın və zəhmətsevərliyin rəmzidir.

Qoy, bu əziz bayram Sizin və ölkənizin bütün xalqı üçün sülh, sevinc və yeni nailiyyətlərlə əlamətdar olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu həftə bu BÜRCLƏR pul yağışına tutulacaq

Ça Mar 25 , 2025
24-30 mart 2025-ci il tarixləri üçün bəzi bürclər maliyyə baxımından müsbət dəyişikliklər yaşaya bilər. Eqazet.online  həmin bürcləri təqdim edir: Qoç Həftənin ortasında karyeranıza müsbət təsir edəcək gözlənilməz görüşlər baş verə bilər. Həftə sonuna qədər maliyyə ilə bağlı xoş xəbərlər almaq mümkündür. Buğa Venera maliyyə sektorunuzdan keçdiyi üçün bu həftə maliyyə strategiyalarınızı […]

Bəyənə bilərsən