“Zəfər Qəhrəmanları”ŞƏHİD-Cəbrayıl Dövlətzadə

Cəbrayıl Dövlətzadə (11 sentyabr 2001, Corat, Sumqayıt – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub. Atası Dövlət Dövlətzadə, anası Məleykə Məmmədzadədir. Ailədə bir bacı və iki qardaş olaraq böyüyüblər. Əslən zəngilanlı olub. Subay idi.

Təhsili

Cəbrayıl Dövlətzadə orta təhsilinə Sumqayıt şəhəri “Təfəkkür” liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı məktəbində oxumağa davam edib.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ​ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

Təltifləri

  •  (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
  •  (15.12.2020) — “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)
  •  (24.06.2021) — “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)

Xatirəsi

Cəbrayıl Dövlətzadə vəfatından sonra Azərbaycan cəmiyyətində Polad Həşimovun intiqamını alan əsgər olaraq anılır.

Yazıçı Azad Qaradərəli 2021-ci ildə Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən “Cəbrayıl əfsanəsi” adlı roman yazıb. Əsər proloq, epiloq və 19 fəsildən ibarətdir.

“Palmali” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov 2022-ci ildə Cəbrayıl Dövlətzadə adına gəmi istifadəyə verdi. Gəminin medalyonlarını Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadəyə təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ermənistan silahlı qüvvələri növbəti dəfə mövqelərimizi atəşə tutub

Bz Mar 16 , 2025
Eqazet.online Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Martın 16-sı saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bəyənə bilərsən