DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

“EQAZET.ONLİNE” xəbər verir ki, müraciətdə İdarə son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər  hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.

Qeyd edək ki, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb.

Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

KİV: Husilər sülhə nail olmaq üçün ABŞ ilə danışıqlara hazırdır

Bz Mar 16 , 2025
Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər, əgər Vaşinqton müvafiq niyyətlər göstərərsə, sülhə nail olmaq üçün ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdırlar. “Eqazet.online” xəbər verir ki, bu barədə Qətərin “Al Arabiya” telekanalına üsyançıların adı açıqlanmayan nümayəndəsi bildirib. “ABŞ-nin təcavüzü əsassız hücumdur və suverenliyimizin pozulmasıdır”, – hərəkatın liderlərindən biri telekanala söyləyib. O qeyd […]

Bəyənə bilərsən