Ukraynanın taleyini həll edən rəsmilər bəlli olub

Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibini müəyyən edib.

“Eqazet.online”ın məlumatına görə, bu barədə Zelenskinin sərəncamında deyilir.

Qeyd olunub ki, Prezident Aparatının rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyətinə Andrey Sıbiqa ( xarici işlər naziri), Rustem Umerov (müdafiə naziri) və Pavel Palisa (Prezident Aparatı rəhbərinin müavini) daxildir.

Xatıraladaq ki, martın 11-də ABŞ nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında aparılan danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi belə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda ötən il haqsız rəqabət və qanunsuz reklamlara dair 160 müraciətə baxılıb

Şb Mar 15 , 2025
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi və qanunsuz reklamların yayımı ilə əlaqədar 160 müraciətə baxıb. “Eqazet.online” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu müraciətlərin 30-u təmin edilib, 113 halda […]

Bəyənə bilərsən