Şəmkirdə azyaşlı şagirdinə sataşan müəllim döyüldü – 4 nəfər həbs olundu

Şəmkir rayonunda orta məktəblərdən birinin idman müəlliminin döyülməsi barədə sosial şəbəkələrdə video yayılıb.

Eqazet.online xəbər verir ki, azyaşlı şagirdini zorladığı deyilən müəllim ölümcül döyülüb və nəticədə o, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavabda bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub:

” O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”./teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

Şb Mar 15 , 2025
Eqazet.online Qaynarinfo-ya istinadən xəbər verir ki, son 10 ildə milyarderlərin ən çox axın etdiyi ölkə ilə bağlı gözlənilməz bir nəticə ortaya qoyub. Çin milyarderlər üçün əsas cazibə mərkəzi oldu Hesabata əsasən, Çin son 10 ildə xalis göstəriciyə görə ən çox milyarder qazanan ölkə olub. 2024-cü ilin məlumatlarına görə, Çində 501 […]

Bəyənə bilərsən