Paşinyan Avropadan üz döndərir – “Putinə sədaqət andı içdi”

Ermənistanda qərbyönümlü isteblişment şokdadır, böyük addımlarla Avropaya doğru “irəliləyən” Nikol Paşinyan hökuməti xarici siyasət vektorunu dəyişir və növbəti dəfə Rusiyaya sədaqət andı içməyə başlayıb.

Eqazet.online xəbər verir ki, bu barədə “Past” yazır.

Erməni nəşri bildirir ki, Baş nazir Nikol Paşinyan dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb:

“Rəsmi məlumata görə, baş nazir Rusiya prezidentinə Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşma və bu barədə danışıqların başa çatması barədə məlumat verib. Regional və ikitərəfli münasibətlərlə bağlı digər məsələlər də müzakirə olunub.

Kremlin mətbuat xidməti bildirib ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Paşinyan telefon danışığında Putinin dəvətini qəbul edərək, mayın 9-da Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edəcəyini təsdiqləyib. Bildirilir ki, Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişafı ilə bağlı bəzi məsələlərə toxunulub.

Ekspertlərin fikrincə, Ermənistan hakimiyyətinin növbəti dəfə rusiyayönlü siyasət yürütməkdən və Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışmaqdan başqa çıxış yolu yoxdur”./teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycana ötən il 39 milyon dollara yaxın texniki yardım və qrant ayrılıb

Şb Mar 15 , 2025
2024-cü ildə Azərbaycan beynəlxalq maliyyə təşkilatlarından və donor ölkələrdən ümumi məbləği 38,7 milyon ABŞ dolları ekvivalentində texniki yardım və qrant alıb. “Eqazet.online” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bundan başqa, ölkəmiz ümumi büdcəsi 12 milyon ABŞ dolları ekvivalentində 6 regional texniki yardım […]

Bəyənə bilərsən