Ukrayna qoşunları Sucanı tərk edib

Ukrayna müdafiə qüvvələri Kursk vilayətindəki Suca rayon mərkəzini tərk edərək Rusiya-Ukrayna sərhədinə yaxınlaşıb.

“Eqazet.online” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün dərc etdiyi Kursk istiqamətindəki xəritəyə əsasən məlum olub.

Suca rayonunda Ukrayna bölmələrinin nəzarətində sərhəddən təxminən 5-6 km məsafədə yerləşən Oleşnya və Qoqolevka yaşayış məntəqələri qalır.

“Son sutka ərzində Kursk istiqamətində 20 toqquşma baş verib. Düşmən 19 aviasiya zərbəsi endirib, 28 idarə olunan bomba atıb, 232 artilleriya atəşi açıb ki, bunun üçü reaktiv yaylım atəş sistemlərindən açılan atəşdir”, – Baş Qərargahın məlumatında bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Cursor AI Kod Asistanı 'Vibe Kodlayıcı'sına 'Kodunu Özün Yaz' Dedi!

Şb Mar 15 , 2025
Eqazet.online xəbər verir ki, Yapay zəka dəstəyi ilə çalışan kodlama asistanı Cursor, istifadəçilərindən birinə gözlənilməz bir cavab verib. “Janswist” adı ilə tanınan istifadəçi, Cursor-dan kod yazmasını istəyərkən asistant ona belə cavab verib: “Sənin üçün kod yaza bilmərəm, bu sənin işini bitirmək olardı… Məntiqi özün inkişaf etdirməlisən. Bu, sistemin necə işlədiyini […]

Bəyənə bilərsən