Sabunçuda polisin kokain əməliyyatı – özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanılıb

Eqazet.online DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb. Ondan 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb. H.Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb. 
H.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin, Sabunçu RPİ-nin NMB əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

C Mar 14 , 2025
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib. “Eqazet.online” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor […]

Bəyənə bilərsən