Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub

ABŞ Prezidenti Donald Tramp martın 13-də Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmayıb.

“Eqazet.online” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

“Xeyr, Tramp danışmayıb. Putinlə Moskvada Stiv Uitkoff danışıb”, – o, müvafiq suala cavab verib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıqlarını və dəhşətli, qanlı müharibənin nəhayət başa çatacağına dair hər cür şans olduğunu yazmışdı. Amma Amerika lideri Rusiya dövlət başçısı ilə telefon danışığını, yoxsa Putinin Uitkoffla danışdığını nəzərdə tutduğuna aydınlıq gətirməmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Almaniya müdafiə xərclərini artırır: Merz Yaşılların dəstəyini təmin etdi

C Mar 14 , 2025
Eqazet.online theguardian-a istinadən xəbər verir ki, Almaniya Xristian Demokrat Birliyinin (CDU) lideri Fridrix Merz, ölkənin müdafiə xərclərinin artırılması üçün Yaşıllar Partiyasının dəstəyini qazanıb. Bu addım, Almaniyanın NATO qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi və ordusunu gücləndirməsi istiqamətində mühüm bir mərhələdir. NATO-nun baş katibi Yens Stoltenberq də Almaniyanı müdafiə xərclərini artırmağa çağırmışdı. […]

Bəyənə bilərsən