DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib-VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

“Eqazet.online” xəbər verir ki, müraciət qeyd olunub:

“Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb. Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına” dediyiniz anda iş-işdən keçmiş olur. Atacağınız addım çox sadədir. Kart məlumatlarınızı tanımadığınız və güvənmədiyiniz heç bir şəxslə bölüşməyin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Filippinin eks-prezidentinə qarşı ittihamların təsdiqi üzrə dinləmə sentyabrda keçiriləcək

C Mar 14 , 2025
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabrın 23-də Filippinin eks-prezidenti Rodriqo Duterteyə qarşı ittihamların təsdiqlənməsi üzrə dinləmələr keçirəcək. “Eqazet.online” TASS-a istinadən xəbər verir ki, bu barədə hakim Yuliya Motok məlumat verib. “Bütün amilləri, o cümlədən tərəflərin və iştirakçıların məhkəməyə adekvat hazırlaşması zərurəti qiymətləndirildikdən və Dutertenin haqları, o cümlədən ağlabatan müddətdə mühakimə olunmaq hüququ […]

Bəyənə bilərsən