Azərbaycanlı FIFA referisi beynəlxalq oyuna təyinat alıb

Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

“Eqazet.online” report-a istinadən  xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.

Ədalət qoruyucusu martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Çelsi" Portuqaliya klubunun futbolçusunu transfer edəcək

C Mar 14 , 2025
İngiltərə təmsilçisi “Çelsi” Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi Covani Kendanı transfer edəcək. “Eqazet.online” xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Sözügedən keçid “zadəganlar”a 50 milyon avroya başa gələcək. 17 yaşlı futbolçu londonluların heyətinə 2026-cı ildə qoşulacaq və 7 illik müqavilə imzalayacaq. Qeyd edək ki, C.Kenda cari mövsüm meydana çıxdığı […]

Bəyənə bilərsən