Ötən il güzəştli mənzil alışına 29 milyon manat ipoteka krediti verilib

2024-cü ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamındakı 470 güzəştli mənzilin alışı üçün 28,8 milyon manat ipoteka krediti verilib.

Eqazet.online xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə  bildirilir ki, 2018-ci ildən etibarən güzəştli mənzillərin satışının maliyyələşdirilməsi üçün 4 885 şəxsə 238,4 milyon manat güzəştli ipoteka krediti, 82 şəxsə isə 3,6 milyon manat adi ipoteka krediti verilib. Eyni zamanda, 2017-2024-cü illərdə ayrılmış vəsaitlər də nəzərə alınmaqla MİDA üçün nəzərdə tutulmuş vəsaitlərin ümumi məbləği 270 milyon manat təşkil edib.

MİDA-nın sərəncamında olan mənzillərin təxminən 80 %-nin satışı Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib.

2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 %-ni gənclər və gənc ailələr təşkil edib, verilən kreditlərin təqribən 22 %-i regionların payına düşüb./olke.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Dövlət Agentliyi: İstehlakçılar mağaza və restoranlarda qiymət manipulyasiyası ilə üzləşir

C Mar 14 , 2025
Azərbaycanda istehlakçıların malın ölçüsünə, çəkisinə və qiymətinə dair aldadılması halları müxtəlif formalarda özünü göstərir. Eqazet.online Report-a istinadən xəbər verir ki, bunu Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı rayonda “İstehlakçı hüquqları” mövzusunda keçirilən təlimdə bildirib. Onun sözlərinə görə, mağazalarda kassada malın vitrində göstərilən qiymətdən yüksək hesablanması, restoran və […]

Bəyənə bilərsən