Rusiya Federasiyasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir

 Eqazet.online Baş Prakrorluğa istinadən xəbər verir ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Osmanlı Turqut Mehman oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

  Belə ki, Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Osmanlı Turqut Mehman oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

  Turqut Osmanlı Rusiya Federasiyasının ərazisində saxlanılaraq 12.03.2025-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

C Mar 14 , 2025
Sabah Şirvan və İmişlinin də bəzi ərazilərində qaz olmayacaq. Eqazet.online xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, “Ələt-Astara” dəmir yolu xəttinin “Ələt-Osmanlı” hissəsinin yenidən qurulması məqsədilə podratçı təşkilat tərəfindən yeni quraşdırılmış futlyar daxilindən keçən, diametri 159 mm-lik yeraltı dəmiryolu keçid xəttinin şəbəkəyə qoşulması ilə […]

Bəyənə bilərsən