Təqsirləndirilən şəxs: “Bütün təhlükəsizlik məsələləri Ermənistan rəhbərliyi ilə birgə həll edilirdi”

  • “Bütün təhlükəsizlik məsələləri Ermənistan rəhbərliyi ilə birgə həll edilirdi. Mən 1997-ci ildən 2007-ci ilədək olan müddətdən danışıram, sonrakı vaxtı bilmirəm”.

Eqazet.online Teleqrafa istinadən xəbər verir ki, bu barədə martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan bildirib.

O, qondarma rejimin “müdafiə naziri” və “ordunun baş komandanı” “vəzifə”lərinə təyinatın Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə razılşadırıldığını, general-mayor rütbəsindən yuxarı rütbələrin Ermənistanda verildiyini də etiraf edib və bildirib.

A.Qukasyan işğal dövründə təmas xəttində baş verən atışmalar, hadisələr ilə bağlı məlumatların ilk olaraq Ermənistan Müdafiə Nazirliyinə verildiyini bildirərək qeyd edib: “Sonra bizə də məlumat verilirdi ki, məlumatımız olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Putin Ukrayna Atəşkəs Planını Şübhə Altına Alır və Şərtlərini Açıqlayır-VİDEO

C Mar 14 , 2025
Eqazet.online theguardian-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna ilə atəşkəs planı ilə bağlı şübhələrini ifadə edib və bu planın qəbul edilməsi üçün bir sıra şərtlər irəli sürüb. Putin, Ukraynanın müharibəni dayandırmaq üçün təqdim etdiyi təklifləri və onların şərtlərini qəbul etməyəcəyini bildirib. Onun sözlərinə görə, atəşkəs yalnız Rusiya […]

Bəyənə bilərsən