Konqresmen Bakı və İrəvanın razılığını Trampın şüarı ilə şərh edib: Cənubi Qafqazı yenidən əzəmətli edək!

ABŞ-nin Cənubi Karolina ştatını təmsil edən respublikaçı konqresmen Co Vilson Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

“Eqazet.online” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının üzvü sosial şəbəkədə paylaşım edib.

“Azərbaycan və Ermənistan kimi iki böyük millətin tarixi sülh sazişini imzalamağa yaxın olduğunu öyrənməkdən məmnunam. Sülh sazişi bütün region və ondan kənarda sabitlik və rifahı mümkün edəcək! Cənubi Qafqazı yenidən əzəmətli edək!”, – o yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın “Make America Great Again” (“Amerikanı yenidən əzəmətli edək” və ya qısa: MAGA) şüarı ilk dəfə 1980-ci ildə Ronald Reyqanın kampaniyasında səslənmişdi. Lakin məhz Tramp onu öz hərəkatının kult simvoluna çevirib. 2024-cü il seçkiləri ərəfəsində o, əvvəlki vədlərinə sadiqliyini vurğulayaraq bu şüardan yenidən fəal şəkildə istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Minimalist Light Phone III 27 Martda İstifadəyə Verilir

C Mar 14 , 2025
Eqazet.online xəbər verir ki, Minimalist dizaynı və sadə funksionallığı ilə tanınan Light Phone seriyasının ən yeni modeli – Light Phone III 27 mart tarixində rəsmi olaraq təqdim ediləcək. Bu yeni model əvvəlki versiyalar kimi əsas məqsədindən sapmadan – diqqəti yayındırmayan, minimal və funksional telefon təcrübəsi təqdim etməyə yönəlib. Light Phone […]

Bəyənə bilərsən