Latviyanın xarici işlər naziri Azərbaycan və Ermənistanı sülh sazişi mətni üzrə danışıqların başa çatması münasibətilə təbrik edib

Latviyanın xarici işlər naziri Bayba Braje Azərbaycan və Ermənistanı sülh sazişinin mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edib.

“Eqazet.online” xəbər verir ki, o, bu barədə ölkənin baş diplomatı sosial şəbəkədə yazıb.

“Yaxşı dostlarımız olan Azərbaycan və Ermənistanı regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan sülh sazişi mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edirik”, – paylaşımda bildirilib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb

Ca Mar 13 , 2025
İspaniya təmsilçisi “Barselona” futbolçusu İniqo Martineslə müqavilə müddətini uzadıb. “Eqazet.online” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin yeni sözləşməsi 2026-cı ilə qədər nəzərdə tutulub. Qeyd edək ki, İ.Martines 2023-cü ildən “Barselona”da çıxış edir.

Bəyənə bilərsən