Putin Ukraynada hərbi əməliyyatların dayandırılmasının şərtini açıqlayıb

Rusiya Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.

“Eqazet.online” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, lakin bu elə bir dayandırma olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini aradan qaldırsın”, – o, Rusiya-Belarus yüksək səviyyəli danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Putin hesab edir ki, Ukraynada atəşkəs əldə olunması ideyası düzgündür, amma müzakirə edilməli olan məsələlər də var.

Eyni zamanda Putin atəşkəs əldə olunarsa, Rusiya qoşunlarının hər nöqtəsində hücuma keçdiyi 2 min km-lik döyüş xətti boyunca vəziyyətin necə olacağına dair sual da verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı DTX-də cinayət işi başlanıldı, saxlanılan var

Ca Mar 13 , 2025
Eqazet.online xəbər verir ki, Bu barədə Teleqraf-a Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən bildirilib. 5 mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə kompleks tədbirlər həyata keçirilib. İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, SOCAR Neft […]

Bəyənə bilərsən