Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edilib.  

“Eqazet.online” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəmcam imzalayıb. 

Sərəncama əsasən, dövlət başçısının “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 23 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 16 yanvar 2009-cu il tarixli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 mart 2013-cü il tarixli sərəncamlarında dəyişiklik edilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şahin Bağırov Beyləqanda vətəndaşları qəbul edəcək

Ca Mar 13 , 2025
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. “Eqazet.online” komitəyə istinadən xəbər verir ki, qəbul martın 17-də saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) keçiriləcək. Qəbul zamanı Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. […]

Bəyənə bilərsən