“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” dəyişib

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”, eləcə də nazirlik yanında fəaliyyət göstərən 4 agentliyin nizamnaməsi dəyişib. 

Eqazet.online xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. 

Fərmana əsasən, dövlət başçısının 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qızılın qiyməti rekord səviyyəyə çatdı

Ca Mar 13 , 2025
Qızıl bahalaşmaqda davam edir. Eqazet.online xəbər verir ki, qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub. Bank ekspertləri 2025-ci ilin dördüncü rübünə kimi qızılın orta qiymətinin bir unsiya üçün 3000 dolları ötəcəyini gözləyirlər.

Bəyənə bilərsən