Azərbaycan universitetləri dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinqində yer alıblar

Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib.

Eqazet.online oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib.

Bakı Dövlət Universiteti “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə “Riyaziyyat” ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” və “Sosial elmlər və idarəetmə” ixtisasları olmaqla 2 fənn sahəsində təmsil olunub. Azərbaycan Dillər Universiteti isə “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.

Qeyd edək ki, sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, hökumət hesabat verəcək

Ca Mar 13 , 2025
Milli Məclisin martın 14-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb. “Eqazet.online” xəbər verir ki, yığıncağın gündəliyinə yalnız bir məsələ daxil edilib.  Belə ki, iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə ediləcək. 

Bəyənə bilərsən