Avropa çempionatı: Azərbaycan idmançısı finala vəsiqə qazandı

  • Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında (U-23) bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

Eqazet.online xəbər verir ki, Elmir Əliyev (55 kq) moldovalı Maksim Sarmanovu (9:1) və albaniyalı Andi Mukanı (11:2) vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Alibek Amirovla gərgin mübarizə şəraitində keçən görüşün sonlarında təşəbbüsü əldən verən Elmir sonuncu xal prinsipinə əsasən (2:2) məğlubiyyətlə barışıb. Əliyev sabah bürünc medal uğrunda Filip Bartoşik (Çexiya) – Vasileios Papageorgiu (Yunanıstan) qarşılaşmasının qalibiylə güləşəcək.

Ziya Babaşov (63 kq) startda isveçli Aleksander Vafaini mübarizədən kənarlaşdırıb – 3:1. Azərbaycan güləşçisi 1/4 finalda yunanıstanlı Marios Kapantaisə (10:2), yarımfinalda isə bolqarıstanlı Miroslav Emilova (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Ziya həlledici görüşdə moldovalı Vitali Yeriomenkoyla qarşılaşacaq.

Xasay Həsənli (77 kq) yunanıstanlı Andreas Vasilakopula tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda almaniyalı Aaron Bellşeidtə 3:7 hesabıyla məğub olub. Rəqib finala yüksəldiyi üçün Xasay sabah təsəlliverici görüşdə bolqarıstanlı Albert Doyevlə güləşəcək.

Cocu Səmədov (87 kq) təsnifat mərhələsində ermənistanlı Vigen Nazaryana (0:7), Ayxan Mərdanov (130 kq) isə eyni mərhələdə çexiyalı Artur Sarkisyana (0:2) uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Coğrafi Kəşfiyyat Agentliyi 2025-ci ildə Süni İntellektə Daha Çox İnvestisiya Ayıracaq

Ca Mar 13 , 2025
Eqazet.online xəbər verir ki, ABŞ-ın Milli Coğrafi-Kəşfiyyat Agentliyi (NGA), 2025-ci ildə süni intellekt (AI) və maşın öyrənmə texnologiyalarına daha çox resurs ayırmağı planlaşdırır. Agentlik, geosiyasi hadisələri daha dəqiq izləmək, kəşfiyyat məlumatlarını sürətləndirmək və müdafiə sistemlərini gücləndirmək üçün AI əsaslı həllərdən daha geniş şəkildə istifadə etməyi hədəfləyir. NGA rəsmiləri bildiriblər ki, […]

Bəyənə bilərsən