Bakıda “Dünyada İtalyan Dizayn Günü” adlı tədbir keçirildi – FOTOLAR

  • ADA Universitetində “Dünyada İtalyan Dizayn Günü” adlı tədbirin 9-cu buraxılışı keçirilib. Builki tədbir “Bərabərsizliklər – Daha Yaxşı Bir Həyat üçün Dizayn” mövzusuna həsr edilib.

Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, İtaliyanın Bakıdakı səfirliyinin, İtaliya Ticarət Agentliyinin, ADA Universitetinin və Milan Politexnik Universitetinin birgə əməkdaşlığı ilə təşkil edilən tədbir davamlı inkişafın aparıcı qüvvəsi kimi ərazilərin potensialını vurğulamaq məqsədilə təşkil edilib.

Tədbiri ADA Universitetinin Dizayn və Memarlıq fakültəsinin dekanının müavini Nora Labardini açıb.

Daha sonra səfir Luka Di Cianfrançesko çıxış edib.

Səfir salamlama nitqində İtaliya-Azərbaycan Universitetinin ikitərəfli əməkdaşlığın aparıcı qüvvəsi kimi əhəmiyyətini xatırladıb və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Milan Politexnik Universiteti tərəfindən Memarlıq və Dizayn fakültəsinin ilkin kurslarının açılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

İtaliya və Azərbaycan arasında uğurlu əməkdaşlığın nümunəsi kimi səfir, “Simmetrico Network” şirkətinin ölkədəki təcrübəsini yüksək qiymətləndirib və eyni zamanda, Heydər Əliyev Fondunun növbəti Venesiya Memarlıq Biennalesində Azərbaycanın iştirakını təşviq etməklə mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rolunu vurğulayıb.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dizayn və memarlıq fakültəsinin dekanı Silvia Ferraris təhsil üzrə əməkdaşlığın ölkələrarası münasibətlərə təsirinə toxunublar.

Milan Politexnik Universitetinin Memarlıq və Dizayn departamentləri adından professor Daniela Selloni, professor Ponzini və professor Lombardini, Simmetrico Şəbəkəsinin prezidenti və kreativ direktoru Daniele Zambelli çıxış ediblər.

Tədbirdə, həmçinin Heydər Əliyev Mərkəzinin nümayəndəsi Rəna Məmmədova çıxış edərək Heydər Əliyev Fondunun layihələrindən bəhs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Heç vaxt dişlərini fırçalamayan heyvanlar necə olur ki, çürük problemi ilə üzləşmirlər?

Ç Mar 12 , 2025
Heç dişlərini fırçalayan və ya dişləri fırçalanan bir heyvan gördünüzmü? Cavabınız yəqin ki, «xeyr» olacaq. Yalnız evdə saxladığınız pişik və ya itin dişlərini bəzən fırçalayır ola bilərsiniz. Amma vəssalam! Aslanlar, pələnglər, quşlar, balinalar, atlar… Bəs digər heyvanlar? Əlbəttə ki, onların dişlərini fırçalayan yoxdur. Bəs bu heyvanların dişləri fırçalanmamasına baxmayaraq necə […]

Bəyənə bilərsən