Zakir Həsənov mayora vəzifə verdi

“Azərbaycan Ordusu” qəzetinə yeni redaktor təyin olunub.

Eqazet.online xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, mayor Ceyhun Cəfərli Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan “Azərbaycan Ordusu” qəzetinin redaktoru vəzifəsinə gətirilib. Baş redaktor olmadığına görə nəşr hazırda onun rəhbərliyi ilə fəaliyyət göstərir.

C.Cəfərli bundan əvvəl “Azərbaycan Ordusu” qəzetinin məsul katibi işləyib.

Qeyd edək ki, qəzetin əvvəlki baş redaktorunun birinci müavini – baş redaktoru mayor Məhəmməd Nəsirli olub. O, sentyabrın əvvəlində işindən ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sahibə Qafarova Çin nümayəndə heyəti ilə görüşdü

Ç Mar 12 , 2025

Bəyənə bilərsən