Əhalinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən…

Sabah Bakının Binəqədi, Xəzər və Nəsimi rayonlarının qaz təchizatı dayandırılacaq.

Eqazet.online Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi ünvanında yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə martın 13-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə 1-ci Mədən, Korpus 125, 170, 93, Gülüstan, döngə 1, C.Cabbarlı küçələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə M.Əliyev, S.Ələsgərov, Ş.Bədəlbəyli küçələrinin, Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Evliliklərdə ən çox rast gəlinən boşanma səbəbləri

Ç Mar 12 , 2025
Heç bir cütlük boşanma düşüncəsiylə evlənməsə belə boşanma da evlilik kimi təbii haldır. Bəzən illər, bəzən də evlilikdən qısa müddət sonra əmələ gələn dəyişmələr cütlüklər tərəfindən istənilməyə bilər. Son zamanlarda evlənənlər arasında boşananların sayı getdikcə artmaqdadır. İşlər necə bu həddə çatır, ən çox rast gəlinən boşanma səbəbləri hansılardır? Sevgi və […]

Bəyənə bilərsən