Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb.

Bu barədə “Eqazet.online”a ADY-dən bildirilib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdən dünyasını dəyişib.

ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

Dünyasını dəyişən şəxs 1980-ci il təvəllüdlü Bağırov Famil Zeynal oğludur. /report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Səssiz Düşmən: Revmatoid Artrit Haqqında Bilmədikləriniz

Ç Mar 12 , 2025
Revmatoid artrit autoimmun bir xəstəlikdir və iltihablı artrit olaraq da tanınır. Revmatoid artrit simptomları arasında qollarda ağrı, oynaqlarda şişlik, sərtlik və hərəkət məhdudiyyəti yer alır. Revmatoid artrit əlamətləri adətən səhər saatlarında daha çox hiss olunur. Revmatoid artrit dietası xəstəliyin idarə olunmasında mühüm rol oynayır və bədəndə iltihabın azaldılması üçün faydalıdır. […]

Bəyənə bilərsən