Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

“Eqazet.online” report-a istinadən xəbər verir ki, bununla bağlı İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb.

Əmrə əsasən, İmran Qərib oğlu Məmmədov Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

İmran Məmmədov 12 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, İmran Məmmədov yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament müdiri vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb

Ç Mar 12 , 2025
Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. “Eqazet.online” xəbər verir ki, təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) […]

Bəyənə bilərsən