Şərurun bir hissəsində işıq olmayacaq 

Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Bu barədə “Eqazet.onlinet” muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən, Naxçıvan MR Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” ASC-yə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Şərur rayonunun bir hissəsində sabah saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Britaniya səfirliyi Azərbaycanla diplomatik münasibətlərin 33-cü illiyi ilə bağlı paylaşım edib

Ça Mar 11 , 2025
Azərbaycan və Böyük Britaniya martın 11-də diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirlər. “Eqazet.online” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Bu gün Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik”, – paylaşımda vurğulanıb.

Bəyənə bilərsən