Trampın bu qərarı “Coca-Cola”nı çətin vəziyyətə saldı

ABŞ-nin “Coca-Cola” içki istehsalçısı Birləşmiş Ştatların Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər ucbatından alüminiumun bahalaşması halında içkinin plastik şüşələrdə buraxılmasının artırılması ehtimalının olduğunu bildirib

Eqazet.online oxu.az-a istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.

Onun sözlərinə görə, şirkət bankalar üçün alüminiumu Kanadadan idxal edir və buna görə də qiymət artımı problemini həll etməkdən ötrü yollar axtarmağa məcbur olacaq:

“Əgər alüminium bankalar bahalaşarsa, plastik şüşələrə daha çox diqqət yetirə bilərik”.

Xatırladaq ki, D.Tramp bazar ertəsi xaricdən ölkəyə polad və alüminiumun idxalına 25 faiz həcmində gömrük rüsumu tətbiq etməyi tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezidentdən bu hərbçilərlə bağlı SƏRƏNCAM

Ca Fev 13 , 2025
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Eqazet.online xəbər verir ki, Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər: “Vətən […]

Bəyənə bilərsən