Azərbaycanın dövriyyədə ümumi dəyəri 1 milyard dollardan çox olan avrobondları var

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 27 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

“Eqazet.online” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 310,7 milyon ABŞ dollarının (kupon ödənişləri 5,125 %) ödəniş müddəti 2029-cu ildə, 1 milyard 76,6 milyon ABŞ dollarının (kupon ödənişləri 3,5 %) isə ödəniş müddəti 2032-ci ildə başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi məlum olub

Ca Fev 13 , 2025
Bu il yanvarın 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 10 milyard 957,4 milyon manat və yaxud 2024-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 8,7 %-i qədər olub. “Eqazet.online” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 9 milyard 196,8 milyon manatı (5 […]

Bəyənə bilərsən