İlham Əliyev: “Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir”

Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir.

“Eqazet.online”xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb.

“Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır”, – müraciətdə qeyd olunub.

Müraciətdə, həmçinin deyilir: “Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanın dövriyyədə ümumi dəyəri 1 milyard dollardan çox olan avrobondları var

Ca Fev 13 , 2025
Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 27 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib. “Eqazet.online” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bunun 310,7 milyon ABŞ dollarının (kupon ödənişləri 5,125 %) ödəniş müddəti 2029-cu ildə, 1 […]

Bəyənə bilərsən