Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb

Eqazet.online DİN-ə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb.
Sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Ümumilikdə isə idarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə 25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanların əksəriyyəti narkotikləri şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 
Faktlarla bağlı araşdırmalar aparılır.
Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tramp Ukrayna müharibəsinin bitməsi üçün Putin və Zelenski ilə danışdı – Neftin qiyməti 2% ucuzlaşdı

Ca Fev 13 , 2025
Eqazet.online reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Ukraynada davam edən müharibənin sona çatdırılması məqsədilə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu diplomatik təşəbbüsün ardınca neftin qiyməti 2% azalıb. Trampın hər iki liderlə ayrı-ayrılıqda keçirdiyi telefon danışığında, münaqişənin sülh yolu […]

Bəyənə bilərsən